Çox isti gecələr 2100-cü ildə ölüm sayını artıracaq - ALİMLƏR

Çox isti gecələr 2100-cü ildə ölüm sayını artıracaq - ALİMLƏR

Qlobal iqlim dəyişikliyi ilə bağlı getdikcə dünyada gecələr hava normasının artması insanların səhhətinə təsir edəcək.

Bakupost.az xəbər verir ki, Şimali Karolina universitetinin alimləri XII əsrin sonunda ölüm səviyyəsinin artmasında bu amilin rol oynayacağını deyir.

Alimlər Çin, Koreya, Yaponiyada 1980-2015-ci illər arası isti dalğaları ilə 29 şəhərdə ölüm statistikasının əlaqəsini araşdırıblar.

Onlar həmçinin 2015-2100-cü illərdə iqlimin dəyişiklik ssenarini də incələyiblər.

Birinci ssenaridə il ərzində isti gecələrin sayı 67% artacaq.

İkincidə isə 75% yüksələcək.

Belə ki, karbohidrat qazlarının havaya atılması nəticəsində 2090-cı ildə gecə hava 39 dərəcəyə qədər istiləşəcək.

İnsanlar gecə yuxuda daha çox isti hava təsirinə məruz qalacaq. Bu isə yuxunun fiziologiyasının ciddi pozulmasına səbəb olacaq.

Nəticədə ürək-damar xəstəlikləri artacaq, immun sistem sıradan çıxacaq, psixi pozulmalar artacaq.

Alimlər sübut edib ki, ölüm riski isti havalı gecələrdə ümumilikdə dünya üzrə 50% artır.

Ona görə də isti iqlimə görə 2100-cü ildən sonra ölüm statistikası 4% yüksələcək.

Aygün Musayeva