20 milyonluq yaxta yandı

20 milyonluq yaxta yandı

İtalyan iş adamının cəmi bir ay əvvəl təhvil aldığı yaxtası dəhşətli qəzanın qurbanı olub. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, İspaniyanın Formentera adası yaxınlığında 45 milyon və 20 milyon funt-sterlinq dəyərində tam bir yaxta yanıb.

Gəmi 62 yaşlı italyan iş adamı Paolo Scudieriyə məxsus olub.

Atasının qurduğu avtomobil hissələri istehsalı şirkətinin sahibi Paolo Scudieri Nopolidən olan tanınmış iş adamı və dörd uşaq atasıdır.

İtaliyalı iş adamının 20 milyon funt sterlinq dəyərində super yaxtası İspaniya adasında heyrətlə seyr edən turistlərin gözü qarşısında alovlanıb.