Elgiz Əkbər: "İşləməyən kişiləri əşyaları ilə birgə çölə atın" - VİDEO

Elgiz Əkbər: "İşləməyən kişiləri əşyaları ilə birgə çölə atın" - VİDEO

Aparıcı Elgiz Əkbərin yeni açıqlaması müzakirələrə səbəb olub.

BAKU.WS xəbər verir ki, o aparıcısı olduğu "Elgizə izlə" proqramında qadınları işlədən kişilərin olduğunu deyib. Elgizin sözlərinə görə, kişi əli çörəyə çatmayana qədər evlənməməlidir:

"Harınlayanlar var. İşləməyən kişiləri qadınları atsınlar çölə. Heç bir işlə məşğul olmursan, bir corab alıb gətirmirsən, dilin də nə boyda çıxır. Qadın niyə dözməlidir? Qadın dözməli deyil. Mən o qadınlara haqq verirəm. Elə kişiləri əşyaları ilə birgə çölə atsınlar, qovsunlar evdən. Evlənibsə, evinə çörək gətir. Sən kiminsə qızını evinə gətirmisən, uşaq dünyaya gəlib. Bunlar ac qalmalı deyil axı. İnsan əli çörəyə çatanda evlənməlidir".

Ətraflı videoda: