Omsk vilayətində beşmərtəbəli binanın bir hissəsi uçub

Omsk vilayətində beşmərtəbəli binanın bir hissəsi uçub

Rusiyanın Omsk vilayətində beşmərtəbəli binanın bir hissəsi uçub.

AZƏRTAC xəbər verir ki, hadisə Omsk şəhərində baş verib. Hazırda dağıntı zonasında xilasedicilər işləyirlər. Zərərçəkənlər barədə hələlik məlumat yoxdur.

Uçqun olan bina 1966-cı ildə tikilib. İlkin məlumata görə, dağıntı hansısa evin strukturunda aparılmış dəyişiklik nəticəsində baş verib.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva