Türkiyədə silahlı şəxs bank müdirini girov götürdü

Türkiyədə silahlı şəxs bank müdirini girov götürdü

Türkiyənin Antalya şəhərində naməlum silahlı şəxs bank müdirini girov götürüb.

"Unikal" xəbər verir ki, bu barədə "Hürriyet" qəzeti məlumat yayıb .

Nəşrin məlumatına görə, hadisə Kepez şəhər ərazisində baş verib: "Hadisə yerinə gələn polis qrupları bank filialının qarşısında ehtiyat tədbirlərinə riayət etməklə işə başlayıblar. Hücum edən şəxsin yanında silah olduğu dəqiqləşir. Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları hadisə yerində əməliyyat keçirməyə hazırlaşır".

Ağarza Elçinoğlu