Yazıçı Salman Rüşdiyə hücum oldu

Yazıçı Salman Rüşdiyə hücum oldu

Yazıçı Salman Rüşdi Nyu-Yorkda mühazirə oxuyarkən hücuma məruz qalıb.

Lent.az bildirir ki, bu barədə “Associated Press” xəbər verir.

Agentliyin müxbiri naməlum şəxsin Çatokua İnstitutunda kişinin səhnəyə qalxaraq yazıçını yumruqlamağa və ya bıçaqlamağa başladığının şahidi olub. Hücum edən şəxs saxlanılıb. Rüşdinin vəziyyəti ilə bağlı hələlik heç bir məlumat yoxdur.

Salman Rüşdi Bombeydəndir, Böyük Britaniya və ABŞ-da yaşayır. Dünya şöhrəti ona 1989-cu ildə "Şeytan ayələri" kitabının çıxmasından sonra gəlib. Bir çox müsəlman romanı küfr adlandırıb, İranın ruhani lideri Əli Xamneyi isə fətva verib və yazıçının qətlini savab iş adlandırıb.