Qəzaya düşən məşhur aktrisa vəfat etdi

Qəzaya düşən məşhur aktrisa vəfat etdi

Keçirdiyi ağır qəza nəticəsində avqustun 8-dən komada olan amerikalı aktrisa Enn Heçe dünyasını dəyişib.

Modern.az xəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb.

Heçe 53 yaşında vəfat edib. O, avqustun 5-də ağır qəzaya düşüb, hadisə zamanı avtomobili yanıb.

Qeyd edək ki, aktrisa "Underworld", Superman", "Womanizer" və "Bastion" filmlərindəki rolları ilə tanınır.

Akif İsmayılov