6 aylıq körpənın satılmağının QARŞISI ALINDI

6 aylıq körpənın satılmağının QARŞISI ALINDI

Bakıda 6 aylıq uşağın həyatı təhlükədə olması ilə bağlı məsələ araşdırılır.

Bu barədə Oxu.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin Mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev məlumat verib.

O bildirib ki, daxili işlər nazirliyinə daxil olan məlumatlar yoxlanılır: "Körpənin həyatı və təhlükəsizliyi ilə bağlı bütün təfərrüatlar araşdırılır. İddialar nəzarətə götürülüb. Araşdırmanın nəticəsi barədə əlavə məlumat veriləcək".

Qeyd edək ki, ötən gün Azərbaycan Uşaqlar Birliyinin sədri Kəmalə Ağazadə bildirmişdi ki, Bakıda 6 aylıq uşağın həyatı təhlükədədir.

O bildirib ki, 6 aylıq uşaq nənələri tərəfindən sığınacağa gətirilib: “Anası 4 gündür uşağı atıb qaçıb. Uşaq nənələri tərəfindən sığınacağa gətirilib. Ailə iddia edir ki, uşağın anası bir dəfə onu satıb. Lakin qarşı tərəf qanunvericiliyi bildiyi üçün qorxduğundan prosesi dayandırıb. Hazırda ailə uşağa sahib çıxa bilmədiyini deyir. Nənələri qızın hər an gəlib uşağı qaçırmasından və yenidən satmağa çalışmasından qorxurlar. Uşağın həyatı təhlükədədir.

Aidiyyəti qurumlardan xahiş edirəm ki, təcili olaraq körpənin uşaq evinə yerləşdirilməsi təmin edilsin”.