"Johnson & Johnson" şirkəti məşhur uşaq pudralarının satışını dayandırır - TƏHLÜKƏLİDİR!

"Johnson & Johnson" şirkəti məşhur uşaq pudralarının satışını dayandırır - TƏHLÜKƏLİDİR!

Bakupost.az xarici mediaya istinadən bildirir ki, həmin pudraların tərkibində xərçəngə səbəb olan maddələrin olması ittihamları ilə dəfələrlə məhkəməyə verilən şirkət bu addımı atmağa məcbur olub.

Məlumata görə, şirkət bundan sonra qarğıdalı nişastasından hazırlanan yeni uşaq pudraları istehsal edəcək.

Xatırladaq ki, "Johnson & Johnson"un istehsal etdiyi pudraların qadınlarda yumurtalıq xərçənginə səbəb olduğu 2018-ci ildə öz təsdiqini tapıb. Buna görə şirkətin 22 qadına 4,7 milyard dollar təzminat ödəməsinə qərar verilib.