Dənizdə batan iki gəncin cəsədi tapıldı

Dənizdə batan iki gəncin cəsədi tapıldı

Xaçmaz rayonu, Niyazoba kəndində, dənizdə (nəzarətsiz ərazi) batan Quba rayon sakinləri 1996-cı il təvəllüdlü Eşqin və 2004-cü il təvəllüdlü Məhəmməd adlı şəxsin cəsədi tapılıb.

Bu barədə FHN məlumat yayıb.

Gənclərin meyitləri Fövqəladə Hallar Nazirliyinin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən dənizdən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.