İspaniyalı idmançı sevgilisinə diziüstə evlilik təklif edərkən yıxıldı - VİDEO

İspaniyalı idmançı sevgilisinə diziüstə evlilik təklif edərkən yıxıldı - VİDEO

İspan triatlonçu Kristian Moriateyl yarışmadan sonra izləyicilər qarşısında sevgilisinə evlilik təklif edib.

“Ironman Tallinn” yarışı bitdikdən sonra o, sevgilisinin önündə diz çökərək evlilik təklif etmək istəyib. Lakin ayağı burxulduğu üçün diz çökə bilməyib, yıxılıb. Xoşbəxtlikdən təşkilatçılar idmançının köməyinə yetişiblər. Ona ayağa qalxmağa kömək ediblər və evlilik təklifi baş tutub. Qız idmançıya “hə” cavabını verib və təklif xoşbəxt sonluqla başa çatıb.

Mənbə: “Mash” “Telegram”