Nura Suri bulvarda davaya çıxdı: “Bu qədər pul qazanırlar, belə hörmətsiz yanaşırlar” (VİDEO)

Nura Suri bulvarda davaya çıxdı: “Bu qədər pul qazanırlar, belə hörmətsiz yanaşırlar” (VİDEO)

Müğənni Nura Suri Dənizkənarı Milli Park ərazisində skuter icarəyə verən şirkətdən şikayətlənib.

Bizim.Media xəbər verir ki, sənətçi nəqliyyat vasitəni icarəyə verən şəxslərlə etiraz dolu söhbətinin görüntülərini çəkərək sosial şəbəkə hesabında paylaşıb.

Nura skuterlərin enerjisinin dolu olanını deyil, məhz az olanını sakinlərə təklif etdiyini iddia edərək, etiraz səsini ucaldıb.

““WingZ” şirkətinin işçiləri belə işləyirlər. Yəqin ki, rəhbərliyin xəbəri var. Bu qədər pul qazanırlar, bu qədər də hörmətsiz yanaşırlar. Hər gün də olmasa, günaşırı David (ən kiçik oğlu – red.) bulvarda skuter götürüb sürür. Bir neçə dəfə bu halla rastlaşmışıq deyə, paylaşmaq qərarına gəldim” – deyə, N.Suri bildirib.