Özünü və oğlunu 7 il ölü göstərdi, həbs olundu

Özünü və oğlunu 7 il ölü göstərdi, həbs olundu

Özünü və oğlunu 7 il ölü göstərən qadın həbs olunub.

Kanadada yaşayan 48 yaşlı qadının oğluna qəyyumluq almaq üçün etdikləri beynəlxalq ictimaiyyətin gündəminə çevrilib.

Belə ki, 48 yaşlı qadın Saskatoon yaxınlığındakı çay sahilində tərk edilmiş yük maşınına "şübhəli" dəlillər yerləşdirməkdə ittiham olunub. Bildirilib ki, qadın şəxsiyyət oğurluğu və saxta sənədlər hazırladığı üçün tutulub.

Ölkə.Az azxeber.com-a istinadən xəbər verir ki,İngiltərə mətbuatında yer alan xəbərə görə, ana və oğul itkin elan edilib, onları tapanlara 10 min dollar mükafat verilib. Bununla belə, qadının özünü və oğlunu itirmiş kimi göstərərək ABŞ-ın Oreqon ştatına qaçdığı müəyyən edilib.

Lakin illər sonra polis anlayıb ki, qadın və oğlu bank hesablarına daxil olmaq üçün dostunun vəsiqəsindən istifadə ediblər. Kanada polisi buna diqqət yetirərək qadının və oğlunun ABŞ-a qaçdığını müəyyən edib.

Bundan sonra qadının həbs olunduğu, 7 yaşlı oğlanın isə atasına verildiyi bildirilib.