Kubada neft anbarında baş vermiş yanğında 4 nəfərin qalıqları tapılıb

Kubada neft anbarında baş vermiş yanğında 4 nəfərin qalıqları tapılıb

Kubanın paytaxtı Havana yaxınlığındakı neft anbarında baş vermis yanğında ölən dörd nəfərin qalıqları aşkar edilib.

APA xəbər verir ki, bu barədə ölkənin səhiyyə məlumat verib.

“Hadisə yerində aparılan tədqiqat işləri zamanı dörd müxtəlif şəxsə məxsus qalıqlar aşkar edilib”, - deyə bildirilir.

Beləliklə, rəsmi rəqəmlərə görə, yanğın nəticəsində ölənlərin sayı 6-ya çatıb. Nazirin sözlərinə görə, axtarışlar davam edir.

Xatırladaq ki, avqustun 7-də Kubanın Matanzas limanındakı tankerdə yanğın olub.