Suraxanıda yolu keçən gənci avtomobil vurub

Suraxanıda yolu keçən gənci avtomobil vurub

Bu gecə Bakıda 22 yaşlı gənc oğlanı avtomobil vurub.

Milli.Az "Report"a istinadən bildirir ki, hadisə Suraxanı rayonunda qeydə alınıb.

2000-ci təvəllüdlü Əliyev Şamil Şirin oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Fakt araşdırılır.