“Coca-Cola” "Kamin" şirkəti ilə bağlı məhkəməyə müraciət etdi

“Coca-Cola” "Kamin" şirkəti ilə bağlı məhkəməyə müraciət etdi

“Azərbaycan Koka-Kola (“Coca-Cola”) Bottlers Limited” MMC "Kamin" MMC ilə bağlı məhkəməyə müraciət edib.

Pravda.az-ın əldə etdiyi məlumata görə, bu barədə “Coca-Cola” Bakı Kommersiya Məhkəməsinə üz tutub.

Belə ki, MMC alqı-satqı müqaviləsi üzrə mübahisələr barədə tələb irəli sürüb.

İddia hakim Nərmin Əhmədovanın sədrliyi ilə araşdırılacaq.

Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.