Bakıda 41 yaşlı kişini avtomobil vurub

Bakıda 41 yaşlı kişini avtomobil vurub

Paytaxt Bakıda daha bir piyada yol qəzasında xəsarət alıb.

“Report”un məlumatına görə, hadisə Xəzər rayonunda qeydə alınıb.

Belə ki, 1981- ci il təvəllüdlü Məlikov Pərvin Mahir oğlu yolu keçərkən avtomobil onu vurub.

Yaralı müxtəlif dərəcəli xəsarətlərlə xəstəxanaya çatdırılıb. Faktla bağlı araşdırma aparılır.