Rusiyadan Ermənistana pul köçürmələri bütün rekordları qırır

Rusiyadan Ermənistana pul köçürmələri bütün rekordları qırır

Yenə də...aşiqəm ay qabağı!

...Deməli, ermənilər yazır ki, guya Rusiyadan on minlərlə köçəri axınına görə, Ermənistana pul köçürmələrinin həcmi xeyli artıb.

Amma, bu daha çox Rusiyadan yox, Ermənistandan Rusiyaya gedən erməni miqrantların çox olması hesabına baş verir.

2022-ci ilin may ayında Rusiyadan Ermənistana pul köçürmələrinin həcmi 266 milyon dollar təşkil edib.Aprel ayından etibarən aylıq köçürmələrin həcmi dəfələrlə artıb. Səbəblərdən biri də əvvəlki iki ildəki covid məhdudiyyətlərindən sonra erməni əmək miqrantları üçün Rusiya bazarının tam açılmasıdır.

Ermənilər özləri də etitaf edirlər. On minlərlə rusun ölkədən axını ermənilər üçün əsil şans yaradıb. Yəni əsil girəvədir. Dediyim kimi, erməni etirafına görə, bundan sonra Ermənistana pul köçürmələrinin həcmi ayda yüz milyonlarla dollar təşkil etməyə başlayacaq. Halbuki əvvəllər hesab on milyonlarla idi.

Yeri gəlmişkən onu da əlavə edək ki, iyunda Rusiya Federasiyasından pul köçürmələrinin həcmi artaraq tamamilə inanılmaz (...Ermənistan standartları ilə...deyim ki, bunu ermənilər deyir-A.B.) 420 milyon dollara çatıb. ( ...ərəblər hər halda məni bağışlar, amma gəldi deyəcəm...ərəb hara, corab hara? -A.B.)

Amma maraqlıdır ki, Rusiyaya işləmək üçün Ermənistandan daha az adam getdiyi qonşu Gürcüstanda may ayında transfert axını 313 milyon dollar təşkil edib

Deyirsən yəni, ermənilər gürcülərin də paxıllığını cəkirlər?

Ağasəf Babayev