Vergi borcu olan sahibkarların ölkədən çıxışına qadağa qoyuldu

Vergi borcu olan sahibkarların ölkədən çıxışına qadağa qoyuldu

Azərbaycanda borclu olan daha bir neçə fərdi sahibkarın ölkədən çıxışına müvəqqəti məhdudiyyət qoyulub.

Demokrat.az-ın əldə etdiyi məlumata görə, bunlar Məmmədov Natiq Nurəddin oğlu, Ağalarov Samir Maarif oğlu və Qubadov Həmzə Məhəmməd oğludur.

Onların ölkədən çıxmalarına müvəqqəti məhdudiyyət qoyulması üçün İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı Şəhəri Kiçik Sahibkarlıqla İş üzrə Baş İdarəsi ərizə ilə Bakı Kommersiya Məhkəməsinə müraciət edib.

Hər üç sahibkarla bağlı iddia ərizəsinə hakim Fərrux Qasımovun sədrliyi ilə baxılıb.

Məhkəmə iddianı təmin edib və fərdi sahibkarlıqla məşğul olan Natiq Məmmədov, Samir Ağalarov və Həmzə Qubadovun ölkədən çıxışlarına müvəqqəti məhdudiyyət qoyulub.

Onların vergi borcları olub və bu borcun ödənilməsi üçün tədbir görülür.

Daha 8 sahibkarın ölkədən çıxışına müvəqqəti qadağa qoyulması iddiasına isə Bakı Komersiya Məhkəməsinin hakimi Ülkər Həsənovanın sədrliyi ilə qoyulub.

Bunlar Atayev Elxan Akif oğlu, Babayev orxan Qulam oğlu, Böyükkişiyev Polad Məhəmməd oğlu, İsgəndərov Günər Nizami oğlu, Bulqakov Dmitriy Aleksandroviç, Xanməmmədov Mübariz Mehrəli oğlu, Əliyev Kamran İsmayıl oğlu, Əlirzayev Müşfiq Bəylər oğludur.