"Xocalı qatili" kimi tanınan general ağır xəstəlikdən sonra öldü

"Xocalı qatili" kimi tanınan general ağır xəstəlikdən sonra öldü

Ermənistan ordusunun ən qəddar generallarından biri olmuş, hərbi cinayətkar, parlamentin keçmiş deputatı Seyran Saroyan uzun sürən ağır xəstəlikdən sonra ölüb. AzVision.az xəbər verir ki, bu barədə yerli media məlumat yayıb.

Xocalı qatili olan erməni generalın ayaqları çürüyüb

Bildirilir ki, Saroyanın səhhətində problemlər yaranıbmış. O, uzun müddət Ermənistanda və xaric ölkələrdəki tibb müəssisələrində müalicə olunub. Ömrünün son aylarını ağır şəraitdə keçirən Saroyanın "İzmirlyan" xəstəxanasında öldüyü yazılıb.

Qeyd edək ki, Saroyan Birinci Qarabağ müharibəsi zamanı əzazilliyi, əsirlərə, dinc əhaliyə göstərdiyi xüsusi işgəncə və müharibə cinayətləri ilə daha çox tanınıbı. O, 1993-2007-ci illərdə Ermənistan Silahlı Qüvvələrinin alayın, briqadanın, 2-ci ordu korpusunun, sonra isə 4-cü korpusun komandiri olub.Xocalı soyqırımı cinayətlərinin təşkilatçıları və birbaşa iştirakçıları arasında Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan, Marvel Qriqoryanla yanaşı, general Seyran Saroyanın da adı keçir.

Xatırladaq ki, ötən ilin mayınd erməni mediası Saroyanın ayaqlarının çürüdüyünü yazmışdı.

Tural Tağıyev