​Qasım İsmayılov təkanla qaldırmada Avropa birinciliyinin bürünc mükafatçısı oldu

​Qasım İsmayılov təkanla qaldırmada Avropa birinciliyinin bürünc mükafatçısı oldu

10-18 avqust tarixlərində Polşanın Raşin şəhərində keçirilən 15 və 17 yaşlı yeniyetmələr arasında ağır atletika üzrə Avropa birinciliyinə start verilib.

xəbər verir ki, yarışda 36 ölkədən 331 nəfər (160 qız + 171 oğlan) atlet iştirak edir. Onların arasında Azərbaycan yığma komandasının üzvləri də var.

Komandamızdan körpücük üzərinə növbəti olaraq Qasım İsmayılov çıxıb. O, yaşı 17-yə qədər olan atletlər arasında 61 kq çəki dərəcəsində mübarizə aparıb.

İdmançımız birdən qaldırma hərəkətində 101 kq nəticə ilə 6-cı yeri tutub.

O, təkanla qaldırma hərəkətində daha yaxşı çıxış edib və 132 kq-ı başı üzərinə qaldıraraq bu hərəkətdə Avropa birinciliyinin bürünc medalını qazanıb.

Toplam 233 kq (101+132) nəticə göstərən Qasım İsmayılov yekun sıralamada 4-cü pillədə qərarlaşıb.

Əlavə edək ki, atletlərin mükafatlandırma mərasimində Azərbaycan Ağır Atletika Federasiyasının baş katibinin müavini Kamal Axundov da iştirak edib. O, təkanla qaldırma hərəkətində uğur qazanan idmançılara medalları təqdim edib.