Cəbrayıl RİH başçısı növbəti səyyar görüş keçirib-FOTOLAR

Cəbrayıl RİH başçısı növbəti səyyar görüş keçirib-FOTOLAR

Mingəçevir şəhəri Hydər Əliyev prospekti 28/12-də yerləşən
Respublika “Sahibkarlara Dövlət Dəstəyi İctimai Şurasının” yerli şöbəsinin
iclas zalında Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı Kamal Həsənov
Mingəçevirdə məskunlaşan köçkün həmyerliləri ilə növbəti görüş keçirmişdir.
Yenixeber.org: Çıxışınının əvvəlində köçkün həmyelillərini salamlayan rayon rəhbəri, sonra
demişdir: Həmişə olduğu kimi, bu dəfə də gəlişimin məqsədi sizin
problemlərinizlə tanış olmaq və imkanımız daxilində istəklərinizə yardımçı
olmaqdır. Hazırda əhalisinin sayı səksən üç mindən çox olan rayonumuzun
əhalisi ölkəmizin 60 yaxın rayonunda, o cümlədən paytaxt Bakıda və Biləsuvar
ərazisindəki 11 köçkün qəsəbəsində məskunlaşsa da, onlar dövlətimizin
hərtərəfli qayğısı ilə əhatə olunmuşdur. Mütamadi olaraq ölkəmizin ayrı-ayrı
regionlarında müvəqqəti olaraq məskunlaşan rayonumuzun sakinləri ilə
görüşdüyümdən, ümumuilikdə onların əhval-ruhiyyəsinə də yaxından bələdəm.
Əvvəlki vaxtlardan fərqli olaraq köçkünlərimiz indi şəxsi və ailə problemlərdən
çox, doğma ata ocaqlarına qayıdacaqları günlərdən söz açır, 27 il ərzində
düşmən tapdağında qalan şəhər və kəndlərimizin bərpası yönündə arzu və
istəklərini dilə gətirirlər.
Cəbrayıl rayonunun, bütövlükdə isə Qarabağın işğaldan azad edilməsi Ali
Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə düşmənə tarixi ibrət dərsi
verən Milli Ordumuzun əsgər və zabitlərinin misilsiz hünərləri sayəsində
mümkün olmuşdur. 44 günlük II Qarabağ Müharibəsi sonda xalqımıza Zəfər
sevinci bəxş elədi. Savaş günlərində şəhidlik zirvəsinə ucalan ərən oğullarımızın
və qələbəyə bizimlə birlikdə sevinən qazilərimizin misilsiz qəhrəmanlıqları
sayəsində tarixdə ilk dəfə olaraq itirilmiş torpaqlarımıza yenidən sahib çıxdıq...
Birinci və İkinci Qarabağ Müharibələrində bizim Cəbrayıl rayonu 400
nəfərdən çox şəhid verib, biz onların xatirələrini həmişə əziz tutur, ölkə
Prezidenti İlham Əliyevin tapşırıqlarına əsasən şəhid ailələri və qazilərin
problemlərinin həllinə çalışırıq. Bu gün işğaldan azad edilən rayonların
hamısında olduğu kimi, Cəbrayıl rayonunun ərazisində də quruculuq işləri geniş
vüsət almaqdadır. Torpaq minalardan təmizlənir, yeni magistral yollar çəkilir,
əkinə yararlı yerlərdə bir neçə iri şirkətlər tərəfindən kənd təsərrüfatı məhsulları
yetişdirilir. İnşallah, yaxın vaxtlarda öz doğma el-obalarımıza qayıdaraq, siz
özünüz də bu işlərdə fəal iştirak edəcəksiniz. Mən əvvəlki gəlişlərimdən fərqli
olaraq, bu dəfə doğma torpaqlarımıza qayıdış ərəfəsində qəlbinizdən keçən arzu
və istəklərlə tanış olmağa gəlmişəm. Mənim sizinlə səyyar görüşüm də elə bu
barədədir. İndi buyurun, söz sizindir, hər birinizi dinləməya hazıram!
İlk olaraq Cəbrayıl rayon İcra Hakimiyyətinin Mingəçevir şəhərindəki
səlahiyyətli nümayəndəsi İsmayıl İmanzadə köçkün həmyerliləri ilə bağlı
məlumat verəndən sonra, tədbirə qatılanların çıxışları başlandı:
Gülzar Quliyeva:-(Qışlaq kəndi)-I Qarabağ Müharibəsi şəhidi Soltan
Verdiyevin həyat yoldaşı)-Prezidentimizdən, dövlətimizdən çox razıyam.
Rayonumuzun rəhbərliyinindən də həmişə diqqət və qayğısını görmüşəm. İki ali
təhsilli övlad böyütmüşəm. Ən böyük arzum Daşkəsən kənd qəbristanlığında
1993-cü ilin iyul ayında dəfn edilən şəhid həyat yoldaşımın məzarını ziyarət
edərək, onun qəbrini yenidən bərpa etməkdir. İstərdim ki, səlahiyyətli orqanlar
bu arzumu həyata keçirsinlər. Bir ilə yaxındır ki, onkoloji xəstəlikdən əziyyət
çəkirəm, əməliyat olunmuşam və müalicəmi davam etdirirmək
məcburiyyətindəyəm. Xahiş edirəm imkanınız dairəsində müalicə olunmağım
üçün mənə maddi köməklik göstərəsiniz.
Şərafət Babayeva-(Horovlu kəndi-İnşallah, rayonumuza qayıdış başlayan
kimi, mən və ailə üzvlərim doğma yurda ilk gedənlərdən biri olacağıq. Ailə
üzvlərimin əksəriyyəti aylıq müavinət alsalar da, köçkünlük vəsiqəsi almaqda
çətinlik çəkirik. Xahiş edirəm bu işdə bizə kömək edəsiniz.
Pərvanə Əfəndiyeva:-(Cəbrayıl şəhər sakini)-Hazırda şəxsi mənzilimiz yoxdur,
3 saylı qaçqın qəsəbəsində həyat yoldaşım və ali məktəb tələbəsi olan 3
övladımla birlikdə yaşasam da, ailə üzvlərimizdən heç biri köçkünlərə şamil
edilən aylıq çörək pulu almırıq...
Sahilə Feyziyeva:-(Karxulu kəndi)-Əvvəlcə yeganə bir övladımı, sonra da
həyat yoldaşımı itirmişəm. Xəstəliyimə görə haradasa işləyə bilmədiyimdən,
heç bir qazanc yerim yoxdur. 60 yaşın içərisindəyəm, pensiya yaşım
çatmadığından yaşa görə təqaüdə çıxa bilmirə. Xahiş edirəm mənə imkan
dairəsində kömək edəsiniz.
Gültəkin İsmayılova: - (Dağtumas kəndi) - Əvvəllər kirayə mənzildə 3 azyaşlı
uşağımla birlikdə yaşamışam. Keçən ildən bəri əlaqədar təşkilatlara müraciət
edəndən sonra 4 saylı qaçqın qəsəbəsində bir otaqlı fin evlə təmin olunmuşam.
Yaşadığım evin 10-15 metrliyindən qaz xətti keçsə də, yaşadığım evə qaz
çəkdirmək üçün dəfələrlə müraciət etsəm də mənə kömək eləyən yoxdur.
Səməndər Rəsulov: - (Şükürbəyli kəndi) - Həm sürücü, həm qaynaqçı, həm də
montajçıyam. Rayonumuzda gedən quruculuq işlərində çalışmaq arzusundayam.
Ümid edirəmki bu işdə mənə kömək edəcəksiniz.
Bayram Yusifov:-(Şəybəy kəndi)-Xahiş edirəm əlaqədar təşkilatlara
çatdırasınız ki, biz iri kəndlərin birləşdirilməsinə tərəfdar deyilik. Kəndlərimiz
əvvəlki yerlərində və əvvəlki adlarıyla bərpa olunsa daha yaxşıdır.
Rəşad Maqsudov:- (Horovlu kəndi)- Uşaq vaxtı bibim (mamam) məni övladlığa
götürdüyündən, bu il orta məktəbi bitirən oğlum Ayxana köçkünlük vəsiqəsi
düzəldə bilmirik. Tələb olunan iyirmiyə yaxın sənədi toplayıb Dövlət Qaçqınlar
Komitəsinə təqdim etsəm də, müxtəlif bəhanələrlə bu işə əncam çəkmirlər.
Fərhad Əliyev-(Karxulu kəndi) - 26 il qabaq Kürün sağ sahilindəki boş bir
ərazidə ailə üzvlərimlə bilikdə bir bağ evində məskunlaşmışam. Burada
müxtəlif növ ağaclar əkmiş və ərazini abadlaşdırmışam. Bu barədə lazımi icazə
kağızım olsa da, son üç aydan bəri şəhər işıq idarəsinin bir qurup işçisi ailəmə
təzyiqlər edərək ərazini tərk etməyimizi tələb edirlər.
Görüş zamanı ayrı-ayrı şəxslərin çıxışçılarında vurğulanan məsələlərə
münasibət bildirən Cəbrayıl rayon İcra Hakimiyyətinin başçısı qeyd olunan
məsələləri diqqətdə saxlayacağını, bəzi problemlərin həlli ilə bağlı əlaqədar
təşkilatlara müraciət ediləcəyini bildirib, sonda doğma yurd-yuvalarına
qayıtmaq arzusunda olan həmyelilərinə uğurlar arzuladı.
VAHİD QAFARLI
Azərbaycan Jurnalistlər Birliyinin üzvü