Rus ordusu hücumda: İki istiqamətdə irəliləməyə çalışır - Baş Qərargah

Rus ordusu hücumda: İki istiqamətdə irəliləməyə çalışır - Baş Qərargah

Rusiya qoşunları Lısiçansk neft emalı zavodu-İvano - Darivka və Nikolayevka - Vimka istiqamətlərində irəliləməyə çalışırlar.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

“Düşmən Kramatorsk vilayəti istiqamətində Kramatorsk, Verxnyokamyansk və Qriqorivka rayonlarını lüləli və reaktiv artilleriyadan atəşə tutub. Düşmən Lısıçanski neft emalı - İvano-Darivka və Nikolayevka-Vimka istiqamətlərində irəliləməyə cəhd edib.

Spirne - İvano-Darivka istiqamətində döyüşlər davam edir”, - məlumatda ​​deyilir.