Korla poliqonu "Ordu Oyunları"na tam hazırdır - Çin MN

Korla poliqonu "Ordu Oyunları"na tam hazırdır - Çin MN

Çinin şimal-qərbindəki Sincan-Uyğur Muxtar Rayonu ərazisində yerləşən Çin Xalq Azadlıq Ordusunun (ÇXAO) quru qoşunlarının Korla poliqonu Beynəlxalq Ordu Oyunları - 2022 (ArMI-2022) yarışlarına ev sahibliyi etməyə hazırdır. Bu barədə şənbə günü Çin Xalq Respublikasının Müdafiə Nazirliyinin WeChat (“WeChat”) sosial şəbəkəsində dərc olunmuş bəyanatında deyilir.

“Avqustun 13-dən 26-dək Beynəlxalq Ordu Oyunlarına ev sahibliyi edən ÇXAO quru qoşunlarının Korla poliqonunun hazırlanması üzrə işlər tam başa çatıb”, - deyə bəyanatda deyilir.

Bu il Çinin Korla poliqonunda iki turnir keçiriləcək: "Suvorov hücumu" - piyada döyüş maşınlarının ekipajları üçün yarış və "Təhlükəsiz marşrut" - mühəndis bölmələri üçün yarış.

Çin Müdafiə Nazirliyinin məlumatında bildirilir ki, həmin yarışlarda beş ölkədən - Rusiya, Belarus, Venesuela, İran və Çindən doqquz komanda iştirak edəcək.

Məlumatda o da qeyd olunur ki, oyunların açılış və bağlanış mərasimləri müvafiq olaraq avqustun 13-də və 26-da təlim-məşq meydançasında, yarışlar isə avqustun 14-dən 25-dək keçiriləcək.

Xatırladaq ki, cari ildə Beynəlxalq Ordu Oyunları avqustun 13-dən 27-dək 12 dövlətin ərazisində keçiriləcək. Ümumilikdə 36 yarışın keçirilməsi nəzərdə tutulub.

Qeyd edək ki, "Beynəlxalq Ordu Oyunları-2022" yarışları çərçivəsində Azərbaycanın Xəzər dənizindəki ərazi sularında keçiriləcək "Dəniz kuboku" müsabiqəsi təşkil olunacaq.

© AR Ministry of Defence“Dəniz kuboku” müsabiqəsində atışlar, arxiv şəkli“Dəniz kuboku” müsabiqəsində atışlar, arxiv şəkli© AR Ministry of Defence

Artıq 5-ci dəfədir ki, ölkəmizdə təşkil olunan yarışın lazımi səviyyədə keçirilməsi üçün hər cür şərait yaradılıb.

Bildirilib ki, Azərbaycan, Rusiya, İran və Qazaxıstan hərbi dənizçilərinin iştirakı ilə keçiriləcək "Dəniz kuboku" müsabiqəsi hava şəraiti də nəzərə alınmaqla cari ilin avqust ayının 15-dən 25-dək davam edəcək.