İraqlı aktrisa Britaniya jurnalına qarşı iddia qaldırdı

İraqlı aktrisa Britaniya jurnalına qarşı iddia qaldırdı

İraqlı aktrisa “Economist” jurnalını məhkəməyə vermək üzrədir.

Yenisabah.az “New Lines”in xəbər verir ki, teleaparıcı İnəs Talib “Ərəb dünyasında qadınlar niyə kişilərdən daha kökdür” adlı məqalədə onun fotosundan istifadəyə etiraz edir.

Məqalədə ərəb qadınların yoxsulluq və evdən çıxma məhdudiyyəti ucbatından artıq çəkili olduğu iddia olunub. Britaniya jurnalı bəzi kişilərin "bədəni qat-qat" olan qadınları daha cəlbedici hesab etdiyini də yazıb. Bunu göstərmək üçün o, 42 yaşlı İnəs Talibin İraqda keçirilən Babil Beynəlxalq Festivalında çəkilmiş fotoşəkilindən istifadə edib.

“Mənə dəymiş mənəvi, psixoloji və sosial zərərin ödənilməsini tələb edirəm”, - deyə aktrisa vurğulayıb.