KXDR lideri: - Biz virusa qalib gəldik!

KXDR lideri: - Biz virusa qalib gəldik!

İki ildən artıq müddətdə bu ölkədə tətbiq edilmiş maska taxmaq və sosial məsafəni gözləmək rejimi ləğv edilib.

Publika.az xarici informasiya agentliklərinə istinadla xəbər verir ki, Koreya Xalq Demokratik Respublikasında koronavirus pandemiyası ilə əlaqədar tətbiq edilən maska taxmaq və sosial məsafə məsafə gözləmək tələbləri ləğv edilib.

Bu qərar KXDR lideri Kim Çın Inın virus üzərində qələbə çalındığı ilə bağlı bəyanatından sonra qəbul edilib.

Məlumatda o da bildirilir ki, bununla yanaşı ölkənin sərhədyanı bölgələrində virusdan qorunmaya dair təhlükəsizlik tədbirləri öz qüvvəsində qalmaqdadır.