Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 99 faiz təşkil edib

Kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 99 faiz təşkil edib

Bu ilin iyul ayında ötən ayla müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri indeksi 99 faiz, o cümlədən bitkiçilik məhsulları üzrə 96,7 faiz, heyvandarlıq məhsulları üzrə 101 faiz təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata əsasən, cari ilin iyun ayı ilə müqayisədə meşə təsərrüfatı, balıq və digər balıqçılıq məhsullarının istehsalçı qiymətləri indeksi 100 faiz olub.