Putin Patruşevin ona təqdim etdiyi hesabatı “reallıqdan uzaq boş sözlər” adlandırıb...

Putin Patruşevin ona təqdim etdiyi hesabatı “reallıqdan uzaq boş sözlər” adlandırıb...

Dünən prezident Putinə Rusiya Təhlükəsizlik Şurası yanında ekspertlər qrupunun hazırladığı növbəti hesabat təqdim olunub. Hesabatı ənənəvi olaraq Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev təqdim edib.

Bu ekspertlər qrupunun gəldikləri bütün nəticələr və proqnozlar gerçəkçi olmaları ilə diqqət çəkirlər. Son hesabatda Rusiya Federasiyası Silahlı Qüvvələrinin itirilmiş hücum potensialından bəhs edir.

Mütəxəssislər Ukrayna Silahlı Qüvvələrinin bir neçə istiqamətdə mümkün əks-hücumunun baş verəcəyi təqdirdə Rusiya ordusu üçün ciddi itkilərin olma ehtimalının yüksək olduğunu, həmçinin rus qoşunlarının Xerson və Zaporojye vilayətlərində işğal olunmuş əraziləri saxlamaq şansının minimal olduğunu qeyd ediblər.

Hesabatda xüsusi hərbi əməliyyatın planlaşdırılması problemlərindən, xüsusən də Qərbin Ukraynaya tədarük etdiyi silahların effektivliyinin qiymətləndirilməməsinə də yer ayrılıb. Xülasə, ekspertlər Xerson və Zaporojye vilayətlərində işğal olunmuş ərazilərin bir hissəsini tərk etməyi qətiyyətlə tövsiyə edir və ən azı Yeni ildən əvvəl Ukraynanın bütün hissəsində Rusiyanın tərkibinə daxil olmaq üçün “referendumlar” keçirmək ideyası ilə birmənalı şəkildə vidalaşmağı təklif edirlər. Hesabat müəlliflərinin fikrincə, bu cür “referendumlar” demək olar ki, Rusiya hökumətində böyük siyasi böhrana səbəb olacaq nəticələrə gətirib çıxaracaq.

Bəzi rus teleqram kanalları

✅ Putinin cin atına mindiyini, hesabatın əsas hissəsini rədd etdiyi haqda yazır;

✅ Putin təklif olunan tövsiyələrin həyata keçirilməsinin mümkün olmayacağını deyib;

✅ Putin tövsiyələrin məqsədəuyğunluğunu şübhə altına alıb;

✅ Putin hesab edir ki, Baş Qərargah və Müdafiə Nazirliyinin nümayəndələrinin hesabatları reallığı daha yaxşı əks etdirir;

✅ Putin Ordu rəhbərliyinin şəxsi məsuliyyəti altında vəd etdiyi sürətli qələbə perspektivlərinə inanır;

✅ Nəhayət, Putin ekspertlərin tövsiyyələrini “reallıqdan uzaq boş sözlər” adlandırıb.

Patruşev çarəsiz qalaraq prezidentlə razılaşıb və hesabat müəlliflərinin fikrini müdafiə etməyib.

❌ Prezident yoxsa ekspertlərin haqlı olduqları tezliklə bəlli olacaq.

❌ Və Putinin seçimi yanlış olarsa bu, onun üçün şərəfsiz son olacaq.

İbrahim Nəbioğlu