İlk dəfə eyni serialda baş rolu oynayacaqlar

İlk dəfə eyni serialda baş rolu oynayacaqlar

Yeni mövsümdə Star TV-də yayımlanacaq “Kral kayb ederse” serialında baş rolda yer alacaq Kıvanç Tatlıtuğun səhnəni bölüşəcəyi aktrisa məlum olub.

“Qafqazinfo” Türkiyə mətbuatına istinadən xəbər verir ki, Tatlıtuğun baş rol yoldaşı Serenay Sarıkaya olacaq. Belə ki, onlar ilk dəfə eyni serial üçün kamera qarşısına keçəcəklər. Ekran işi psixoloq və yazıçı Gülseren Budaycıoğlunun eyniadlı romanı əsasında çəkilir.

Qeyd edək ki, daha öncə Türkiyə mediası sözügedən serialda qadın baş rolunun Beren Saata təklif olunduğunu yazmışdı. Bildirilirdi ki, aktrisa təklifi qəbul etdiyi təqdirdə K.Tatlıtuğla yenidən eyni serialda çəkiləcək.