Azərbaycanda xarici media nümayəndələrinin akkreditasiyası qaydaları müəyyənləşib

Azərbaycanda xarici media nümayəndələrinin akkreditasiyası qaydaları müəyyənləşib

Xarici İşlər Nazirliyinin Kollegiyası “Azərbaycan Respublikasında xarici media nümayəndələrinin akkreditasiyası Qaydaları”nı təsdiqləyib.

APA-nın xəbərinə görə, xarici media nümayəndələrinin akkreditasiyası “Media haqqında” qanun, müvafiq dövlətlərarası müqavilələr və bu Qaydalar ilə tənzimlənir.

Qaydalara əsasən, xarici media nümayəndələrinin Azərbaycan Respublikasında akkreditasiyası Azərbaycan Xarici İşlər Nazirliyi tərəfindən həyata keçirilir. Media Reyestrinə daxil edilmiş media nümayəndələrinin peşə fəaliyyətinin həyata keçirilməsinə digər dövlətlər tərəfindən xüsusi məhdudiyyətlər qoyulduqda həmin məhdudiyyətləri tətbiq etmiş dövlətin media nümayəndələrinə Azərbaycan Respublikasında da eyni məhdudiyyətlər qoyula bilər.

Xarici media nümayəndələrinin akkreditasiyası üçün aşağıdakı sənədlər tələb olunur:

- xarici media nümayəndəsinin təmsil etdiyi xarici media subyektinin nümayəndəliyinin rəhbərinin və ya onu əvəz edən şəxsin XİN-ə müraciət məktubu;

- xarici media nümayəndəsi tərəfindən doldurulmuş ərizə-anketi;

- iki ədəd 3x4 sm ölçüdə rəngli fotoşəkil;

- xarici media nümayəndəsinin pasportu və ya digər sərhədkeçmə sənədinin (əgər xarici media nümayəndəsi Azərbaycan Respublikasının vətəndaşıdırsa onun şəxsiyyət vəsiqəsinin) surəti;

- xidməti vəsiqənin (jurnalist vəsiqəsinin) surəti;

- tərcümeyi-hal.

Xarici media nümayəndələrinin akkreditasiyası üçün tələb olunan sənədlər XİN-ə poçt, Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları, XİN-in internet saytındakı elektron xidmət vasitəsilə və ya şəxsən təqdim edilə bilər. Xarici media nümayəndələrinin akkreditasiyası barədə müraciətə 30 gün ərzində baxılır və baxılmanın nəticəsi müsbət olduğu təqdirdə, xarici media nümayəndələrinə akkreditasiya kartı verilir. Akkreditasiya kartı etibarlı olduğu dövr ərzində onun sahibinə Azərbaycan Respublikasında jurnalist və ya operator fəaliyyəti ilə məşğul olmaq hüququ verir.

Xarici media nümayəndələrinin akkreditasiyası barədə müraciətə baxılmanın nəticəsinə dair məlumat XİN, yaxud Azərbaycan Respublikasının diplomatik nümayəndəlikləri və ya konsulluqları tərəfindən müraciət edən tərəfə bildirilir. Xarici media nümayəndələrinin akkreditasiyası peşə fəaliyyətini həyata keçirmələri üçün tələb olunan, lakin 1 ildən artıq olmayan müddətə olur. Akkreditasiya uzunmüddətli və qısamüddətli olur. Uzunmüddətli akkreditasiya 1 illik, qısamüddətli akkreditasiya isə konkret səfər müddətinə olur. Xarici media nümayəndələri akkreditasiya müddəti bitəndən sonra akkreditasiya müddətinin uzadılması və ya yenidən akkreditasiya üçün XİN-ə müraciət edə bilərlər.

Xarici media nümayəndələrinin akkreditasiyasından aşağıdakı hallarda imtina olunur:

- təqdim edilmiş sənədlər bu Qaydalara uyğun olmadıqda;

- saxta və ya yanlış məlumat təqdim edildikdə;

- xarici media nümayəndəsi Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müvafiq tələblərə riayət etmədən Azərbaycan Respublikasının ərazisinə daxil olduqda və ya əvvəllər daxil olması barədə məlumatlar mövcud olduqda;

- xarici media nümayəndəsinin Azərbaycan Respublikasının ərazi bütövlüyünə, müstəqilliyinə, mənafeyinə və suverenliyinə qarşı fəaliyyəti aşkar edildikdə.

Akkreditasiya olunmuş xarici media nümayəndələri akkreditasiya kartını XİN-dən şəxsən təhvil alırlar. Akkreditasiya kartı başqa şəxsə verilə bilməz. Xarici media nümayəndələri akkreditasiya kartını itirdikdə dərhal XİN-in Mətbuat xidməti idarəsinə məlumat verməlidirlər. Akkreditasiya kartının dublikatının verilməsi barədə müraciətə 3 iş günü ərzində baxılır. Akkreditasiya kartının dublikatının verilməsi üçün aşağıdakı sənədlər tələb olunur:

- xarici media nümayəndəsinin akkreditasiya kartını itirdiyinə dair ərizəsi;

- iki ədəd 3x4 sm ölçüdə rəngli fotoşəkil.

Akkreditasiya olunmuş xarici media nümayəndələri tərəfindən akkreditasiya qaydaları pozulduqda, Azərbaycan Respublikasının ərazi bütövlüyünə, müstəqilliyinə, mənafeyinə və suverenliyinə qarşı fəaliyyət həyata keçirildikdə, o cümlədən Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müvafiq tələblərə riayət etmədən Azərbaycan Respublikasının ərazisinə daxil olduqda və ya əvvəllər daxil olması barədə məlumatlar mövcud olduqda, təhrif olunmuş və ya həqiqətə uyğun olmayan məlumatlar yayıldıqda XİN tərəfindən xarici media nümayəndələrinin akkreditasiyası ləğv edilir. Xarici media nümayəndələrinin peşə fəaliyyəti vaxtından əvvəl bitdikdə, akkreditasiya kartının üzərində göstərilmiş etibarlılıq müddəti qurtardıqda və ya akkreditasiya ləğv edildikdə akkreditasiya kartı XİN-ə təhvil verilir. Əcnəbi və ya vətəndaşlığı olmayan xarici media nümayəndələrinin Azərbaycan Respublikasına gəlməsi və Azərbaycan Respublikasından getməsi, Azərbaycan Respublikasında müvəqqəti olması, onlara müvəqqəti və daimi yaşamaq üçün icazələrin verilməsi, onların qeydiyyata alınması Azərbaycan Respublikasının Miqrasiya Məcəlləsi ilə tənzimlənir.

“Azərbaycan Respublikasında xarici media nümayəndələrinin akkreditasiyası Qaydaları”na

1 nömrəli əlavə

AZƏRBAYCAN RESPUBLİKASININ XARİCİ İŞLƏR NAZİRLİYİ

MINISTRY OF FOREIGN AFFAIRS OF THE REPUBLIC OF AZERBAIJAN

AZƏRBAYCAN RESPUBLİKASINDA XARİCİ MEDİA NÜMAYƏNDƏSİNİN AKKREDİTASİYASI ÜÇÜN ƏRİZƏ-ANKET

APPLICATION FORM FOR ACCREDITATION OF FOREIGN MEDIA REPRESENTATIVE IN THE REPUBLIC OF AZERBAIJAN

(Böyük hərflərlə yazmağınız xahiş olunur. Ərizə formasında bütün suallar cavablandırılmalıdır /

Please write in capital letters. The form has to be filled-in completely)

1. XİN tərəfindən doldurulur / Filled by the MFA:

Şəkil/Photo

1.1. Akkreditasiya nömrəsi / Accreditation № ________________________

1.2. Verildiyi tarix / Date of issue: _________________________________

1.3. Etibarlıdır / Valid till: _______________________________________

2. Ərizəçi tərəfindən doldurulur / Filled by the applicant:

2.1. Adı / Given name (names) ___________________________________________________________

2.2. Soyadı / Family name ___________________________________________________________

2.3. Doğum tarixi / Date of birth ___________________________________________________________

2.4. Doğulduğu yer / Place of birth ___________________________________________________________

2.5. Vətəndaşlığı / Citizenship ___________________________________________________________

2.6. Hazırkı yaşadığı ünvan / Current address ___________________________________________________________

2.7. Pasport və ya digər sərhədkeçmə sənədinin nömrəsi / Passport or other valid travel document number _____________________________________________________

3. Xarici media nümayəndəliyi haqqında məlumat / Information about foreign media representative

3.1. Adı / Title: _______________________________________________________________________________

□ Televiziya /

Television

□ Radio / Radio

□ Qəzet /

Newspaper

□ İnformasiya

agentliyi /

News agency

□ Yayım şirkəti /

Broadcaster

□ Jurnal / Journal

□ Film, səs,

vizual studiya /

Film, sound,

visual studio

□ Digər: / Other:

______________________

______________________

______________________

______________________

3.2. Xarici media subyektinin nümayəndəliyinin baş ofisinin ünvanı / Address of the main headquarters of foreign media representative:

_______________________________________________________________________________

3.3. Telefon nömrəsi (ölkə kodu ilə birlikdə) / Telephone (indicate the international code)

_______________________________________________________________________________

3.4. Faks / Fax __________________________________________________________________

3.5. Təcili hallarda əlaqə üçün / Emergency contact

_______________________________________________________________________________

3.6. Elektron poçt ünvanı / E-mail address ______________________________________________

4. Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş müvafiq tələblərə riayət etmədən Ermənistan Respublikası ərazisindən Azərbaycan Respublikasının ərazisinə daxil olmusunuzmu? Daxil olduğunuz təqdirdə, nə zaman? / Did you enter the territory of the Republic of Azerbaijan from the territory of the Republic of Armenia without complying with the relevant requirements established by the legislation of the Republic of Azerbaijan? If YES, when? ______________________________________________________________________________

5. Vəzifəniz / Your position (mark where appropriate): ________________________________

6. Azərbaycanda qalma müddəti / Duration of your stay in Azerbaijan: _________ gün / days

7. Azərbaycana gətirilməsi planlaşdırılan avadanlığın modeli, tipi və seriya nömrəsi /Model, type, serial number of equipment to be brought to Azerbaijan:

______________________________________________________________________________

İmzamla təsdiq edirəm ki, hər hansı saxta və ya yanlış məlumatın mənim akkreditasiyamdan imtinaya səbəb olacağı barədə xəbərdar edilmişəm / I certify with my signature, I have been notified that any false or misinformation may result in the refusal of my accreditation.

İmza / Signature ___________________; Tarix və yer / Date and place _________________

“Azərbaycan Respublikasında xarici media nümayəndələrinin akkreditasiyası Qaydaları”na

2 nömrəli əlavə

Azərbaycan Respublikasında xarici media nümayəndəsinin akkreditasiya kartının

nümunəsi