Dövlət büdcəsinə daxilolmaların 23,6 faizi ƏDV hesabına təmin olunub

Dövlət büdcəsinə daxilolmaların 23,6 faizi ƏDV hesabına təmin olunub

Cari ilin yanvar-iyun aylarında dövlət büdcəsinin gəlirləri dövlət borcu və zəmanəti üzrə öhdəliklərin Təminat Fondunun daxilolmaları da nəzərə alınmaqla 14 milyard 289,2 milyon manat, xərcləri isə 12 milyard 936,6 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən AZƏRTAC-a verilən məlumata əsasən, daxilolmaların 23,6 faizi əlavə dəyər vergisi (ƏDV), 20,8 faizi hüquqi şəxslərin mənfəət (gəlir) vergisi, 5,3 faizi xarici iqtisadi fəaliyyətlə bağlı vergilər, 5 faizi fiziki şəxslərin gəlir vergisi, 4,2 faizi aksizlər, 1,1 faizi sadələşdirilmiş vergi, 2,1 faizi vergilərin digər növləri, 37,9 faizi isə vergi olmayan gəlirlər hesabına təmin olunub.