Neft qiymətləri ucuzlaşıb

Neft qiymətləri ucuzlaşıb

Dünya birjalarında neft qiymətləri ucuzlaşıb.

AZƏRTAC xəbər verir ki, Londonun ICE (“InterContinental Exchange Futures”) birjasında “Brent” markalı neftin bir barelinin qiyməti 1,45 dollar azalaraq 98,15 dollar, Nyu-Yorkun NYMEX (“New York Mercantile Exchange”) birjasında “Light” markalı neftin bir barelinin qiyməti isə 2,25 dollar ucuzlaşaraq 92,09 dollar olub.