"Yuventus" Depayla razılaşdı

"Yuventus" Depayla razılaşdı

"Yuventus" "Barselona"nın futbolçusu Memfis Depayı heyətinə qatmağa hazırlaşır.

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, A seriyası təmsilçisi artıq 28 yaşlı hücumçu ilə razılaşıb. Tərəflər yaxında 2 illik müqavilə imzalayacaqlar. Depay "Yuventus"da illik 7 milyon avro maaş alacaq.

Qeyd edək ki, niderlandlı oyunçu 2021-ci ildən "Barselona"nın formasını geyinir.