Almaniyada isitmə sistemlərinin temperaturu azaldılacaq

Almaniyada isitmə sistemlərinin temperaturu azaldılacaq

Almaniyada payızdan başlayaraq ictimai binalar maksimum 19 dərəcəyə qədər qızdırılacaq.

Bu qərarı Almaniyanın iqtisadiyyat naziri Robert Habek verib.

“İctimai binalar, əlbəttə ki, xəstəxanalar və sosial obyektlər istisna olmaqla, yalnız 19 dərəcəyə qədər qızdırılmalıdır”, - deyə o qeyd edib.

Nazir bildirib ki, həmçinin gecə saatlarında bina və abidələrin, reklam obyektlərinin işıqlandırılması qadağan olunur.

Mənbə: Lenta.ru