“Adamı 20-yə yaxın xüsusi xidmət orqanı çox yaxından izləyirsə - o, necə agent ola bilər?..“

“Adamı 20-yə yaxın xüsusi xidmət orqanı çox yaxından izləyirsə - o, necə agent ola bilər?..“

"Ukrayna Prezidenti Ofisinin rəhbəri Andrey Yermak xüsusi xidmət orqanları tərəfindən izlənilir, ona görə də onun xarici agent olması ehtimalı azdır".

Moderator.az xəbər verir ki, bu fikri A.Yermakın müşaviri Aleksey Arestoviç əminliklə ifadə edib.

A.Arestoviç bu barədə “GORDON” internet nəşrinin təsisçisi Dmitri Qordonla müsahibəsində danışıb.

“Yermaka gəlincə, həm onu, həm də Demçenkonu[Ukrayna Milli Təhlükəsizlik və Müdafiə Şurasının keçmiş birinci müavini Ruslan Demçenko), 20-yə yaxın xüsusi xidmət orqanı çox yaxından izləyir. Amerika Birləşmiş Ştatları və Ukrayna əlaqələri haqda bütün sirrlərə çıxışı olduğundan, onun necə izləndiyini təsəvvür edə bilərsiniz. Və mənim bir sualım var: əgər onun agent olduğuna dair əsaslı (vurğulayıra: əsaslı!) şübhələri olsaydı, adamlar silah ötürülməsi, müharibədə qalib gəlmək, Avropada və nəhayət, bütün dünyada təhlükəsizlik sisteminin yenidən formatlanması kimi həssas mövzularda bu şəxslə işləyərdilərmi? Əgər onun agent olduğu sonradan məlum olarsa, biz birdən çox veriliş hazırlaya və kitab yaza bilərik. Sadə bir səbəbə görə: bu səviyyədə agentlər, mənim fikrimcə, heç vaxt və heç yerdə olmayıb”, - deyə Arestoviç vurğulayıb.

Sultan Laçın