Rusiya qoşunlarından uğursuz cəhd - İtkilərlə geri çəkildilər

Rusiya qoşunlarından uğursuz cəhd - İtkilərlə geri çəkildilər

Rusiya qüvvələri bir sıra istiqamətlərə uğursuz hücuma cəhdlər edib.

Teleqraf.com xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Ruslar Baxmut istiqamətində yaşayış məntəqələrini artilleriya və tanklardan atəşə tutub. Eyni zamanda, Pokrovsk–Baxmut, Vidrodjenye–Verşin, Vuqlegirsk İES–Zaytsev istiqamətlərində hücuma keçib, amma heç bir uğur əldə edə bilməyən ruslar itkilərlə geri çəkilməli olublar.

Avdivsk istiqamətində də yaşayış məntəqələri atəşə tutulub. Marinka yaxınlığında Rusiya ordusunun hücum təyyarəsi vurulub.

“İşğalçılar Novoselivka Druqa-Krasnoqorivka və Spartak-Avdivka istiqamətlərində hücum döyüşləri aparıblar, amma uğursuz alınıb, geri çəkiliblər. Donetsk-Piski və Novoselivka-Oleksandropil istiqamətlərində döyüşlər davam edir”, - Baş Qərargah vurğulayıb.

Novopavlovsk və Zaporije istiqamətlərində yaşayış məntəqələrini artilleriya və tanklardan atəşə tutan rus qoşunları Novosilkaya hava hücumu həyata keçirib. Storojov-Novosilka istiqamətində Rusiya qüvvələrinin hücumu uğurla dayandırılıb, itkilərlə geri çəkiliblər.

Rus ordusu Suxi Stavok-Lozovo istiqamətində hücum döyüşü aparmağa cəhd etsə də, uğursuz alınıb və geri çəkilib. Osokorivka və Andrivka yaxınlığında hava hücumları həyata keçirilib.