Əmək müqavilələrinin sayı 1,6 milyona çatıb

Əmək müqavilələrinin sayı 1,6 milyona çatıb

Üç ildən çox müddətdə həyata keçirilən təşviq əsaslı vergi siyasəti əmək bazarında əhəmiyyətli dəyişikliklərə səbəb olub.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, iş yerlərinin rəsmiləşdirilməsi, əməkhaqqı fondunun “ağardılması” və şəffaflılığın təmin edilməsi istiqamətində tədbirlərin nəticəsi olaraq, bağlanmış əmək müqavilələrinin sayı 2019-cu ilin əvvəli ilə müqayisədə 292,1 min vahid artıb və bu il avqust ayının 1-nə 1 milyon 694,1 minə çatıb.

Qeyri-neft sektorunun özəl bölməsində isə həmin göstərici 261,1 min vahid artaraq 801 min olub.