"Meari" qasırğası üzündən Yaponiyada 65 aviareys təxirə salınıb

"Meari" qasırğası üzündən Yaponiyada 65 aviareys təxirə salınıb

Yaponiyada 8 nömrəsi altında qeydə alınmış "Meari" qasırğasının təsirinə görə 65 aviareys təxirə salınıb. Bu barədə Rusiya KİVləri yerli "NHK" telekanalına istinadən xəbər verir.

Yaxın saatlarda qasırğanın düşəcəyi gözlənilən Şizuoka prefekturasında 400 evdə elektrik enerjisi kəsilib.

Kanaqava, Çibada, İbaraki prefekturalarında bərələrin hərəkəti dayandırılıb.

Bir qədər əvvəl Şizuoka prefekturasında 72 min nəfərin təxliyəsi barədə məlumat verilmişdi.

Evakuasiya əmri beş mümkün təhlükə səviyyəsinin dördüncüsü mənasını verir və bu, evakuasiya hələ də mümkün olduğu halda təhlükəsiz yerə getmək tövsiyəsi deməkdir.

Ondan sonrakı beşinci və ən yüksək səviyyə təhlükə ilə əlaqədar dərhal həyatını xilas etmək zərurəti deməkdir.

Yerli hakimiyyət orqanları təxliyyənin beşinci təhlükə səviyyəsi elan edilməzdən əvvəl, bütün təxliyyə işlərinin yekunlaşdırmağa çağırır.

Koreya dilində "əks-səda" mənasını verən "Meari" tayfunu cümə günü Yaponiyanın cənubunu vurub.

Günorta saatlarında tayfunun Yaponiyanın Sakit okean sahillərini vuracağı gözlənilir. Şizuoka prefekturasına ilk zərbə vurula bilər.

Sinoptiklərin sözlərinə görə, son sutka ərzində burada artıq 200 millimetrdən çox yağıntı düşüb, bazar günü səhərə qədər isə 24 saat ərzində 300 millimetrə qədər yağıntı düşə bilər.

Hazırda tayfun Şizuoka prefekturasından 60 kilometr cənub-qərbdə yerləşir və saatda 20 kilometr sürətlə şimal-şərq istiqamətində hərəkət edir.

Tayfunun mərkəzində təzyiq 1000 hektopaskal, mərkəzdə küləyin sürəti saniyədə 20 metr, küləyin sürəti 30 metrə çatır. Tayfunun bazar günü səhərə qədər şimal-şərq sahillərini keçəcəyi və şimal-şərqə, Sakit Okeana doğru hərəkət edəcəyi gözlənilir.