Ərdoğan və Bayden gələn ay görüşə bilər

Ərdoğan və Bayden gələn ay görüşə bilər

Rəcəb Tayyib Ərdoğan və Co Bayden gələn ay Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında görüşə bilərlər.

Yenisabah.az "Sabah"a istinadla xəbər verir ki, Türkiyənin ABŞ-dan "F-16" alması ilə bağlı danışıqlar davam edir. Gələn ay Nyu Yorkda keçiriləcək BMT sammiti zamanı prezident Rəcəb Tayyib Ərdoğan və ABŞ prezidenti Bayden arasında mümkün görüş zamanı bu məsələ müzakirə olunacaq.

Türkiyə ABŞ-dan 40 "F-16" qırıcısı almağı və arsenalını daha 80-ni təkmilləşdirməyi planlaşdırır.

ABŞ prezidenti Co Bayden qeyd edib ki, o, Türkiyəyə "F-16" qırıcılarının satışı üçün Konqresdən təsdiq alacağına əmindir. Amma bir qrup ABŞ konqresmeni qırıcıların satışına etiraz edən bəyanat imzalayıb. Yunanıstan bu razılaşmaya fəal şəkildə qarşı çıxır. Ərdoğanın Yunanıstanın baş naziri Kiriakos Mitsotakislə əlaqə saxlamaqdan imtina etməsinin səbəblərindən biri də məhz budur.