Mahirin komandası növbəti oyununa çıxır

Mahirin komandası növbəti oyununa çıxır

Azərbaycan millisinin üzvü Mahir Emrelinin də çıxış etdiyi "Dinamo" (Zaqreb) bu gün Xorvatiya çempionatında 5-ci tur oyununu keçirəcək.

AzVision.az xəbər verir ki, Ante Çaçiçin baş məşqçilik etdiyi komanda evdə "Hayduk"la qarşılaşacaq. Görüş Bakı vaxtı ilə saat 23:05-də başlayacaq.

Qeyd edək ki, "Dinamo" hazırda turnir cədvəlində 10 xalla liderdir. "Hayduk" 6 xalla 2-ci, eyni xalı olan "Lokomotiva" isə 3-cüdür.

Xorvatiya çempionatı, 5-ci tur

23:05: "Dinamo" (Zaqreb) - "Hayduk"

"Maksimir" stadionu