Naftalanda şəhid ailələri və qazilərlə görüş olub

Naftalanda şəhid ailələri və qazilərlə görüş olub

Naftalan, 13 avqust, Elcan Məmmədov, AZƏRTAC

Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə rəşadətli Azərbaycan Ordusunun qələbəsi ilə başa çatan 44 günlük Vətən müharibəsində şəhid olan hərbçilərin ailə üzvlərinə, qazilərə və müharibə iştirakçılarının sosial müdafiəsi istiqamətində həyata keçirilən işlər davam etdirilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı Vüqar Novruzov Naftalanda ölkəmizin müxtəlif bölgələrindən burada müalicə alan şəhid ailələri və qazilərlə görüşüb, onların sağlamlıqları ilə maraqlanıb, onlar üçün yaradılan şəraitlə yaxından tanış olub.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göndərişi əsasında buraya təyinat alan pasiyentlərə yüksək ixtisaslı peşəkar həkimlər sayəsində müasir səviyyədə təşkil edilmiş sağlamlıq mərkəzində müalicə kursu təyin edilir, effektiv bərpa-müalicə xidmətləri göstərilir.