Aktiv ƏDV ödəyicilərinin sayı 7,2 faiz artıb

Aktiv ƏDV ödəyicilərinin sayı 7,2 faiz artıb

Bu il avqust ayının 1-nə aktiv vergiödəyicilərinin sayı ilin əvvəli illə müqayisədə 3,6 faiz artaraq 688 min 968 olub.

AZƏRTAC Dövlət Vergi Xidmətinə istinadla xəbər verir ki, hesabat dövründə aktiv ƏDV ödəyicilərinin sayı 7,2 faiz artıb və 37 min 190 vahid təşkil edib.

Aktiv obyektlərin (təsərrüfat subyektlərinin) sayı isə ilin əvvəli ilə müqayisədə 2,9 faiz artaraq 188 min 609-a çatıb.