Məktəblilərin “Xarıbülbül” düşərgəsinə start verilib

Məktəblilərin “Xarıbülbül” düşərgəsinə start verilib

Azərbaycan Respublikası Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin “Şuşa ili” çərçivəsində elan etdiyi xüsusi qrant müsabiqəsinin qaliblərindən olan “Karvan” Gənclərin Inkişafına Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə avqustun 13-də məktəblilərin “Xarıbülbül” düşərgəsinə start verilib.

AZƏRTAC xəbər verir ki, düşərgəyə şəhid övladları, Şuşa məktəbliləri və digər məktəblərdən olan şagirdlər qatılıblar. Məktəblilər düşərgə boyunca Şuşa ilə yaxından tanış olacaq, onun tarixi, məruz qaldığı vandalizm və işğaldan sonrakı sürətli inkişafı haqqında məlumatlar əldə edəcəklər. İştirakçılar, həmçinin Zəfəri bizə yaşadanlarla görüş, asudə vaxtlarının səmərəli təşkili üçün müxtəlif əyləncəli və intellektual oyunlar, bədən dili, səmərəli təqdimetmə, emosional zəka, motivasiya və s. mövzularda keçirilən təlimlərdə iştirak edəcəklər.