Neft ucuzlaşıb

Neft ucuzlaşıb

ICE London qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində “Brent” neftinin ixracına dair 2022-ci ilin dekabr müqaviləsinin dəyəri 0,61% azalaraq 1 barelə görə 84,51 dollar təşkil edib.

“APA-Economics” xəbər verir ki, Nyu-Yorkun NYMEX əmtəə birjasında bu ilin noyabrda ixrac etməklə WTI markalı neftin 1 barelinin qiyməti 0,62% azalaraq, 78,25 dollar təşkil edib.