AB-ni gözləyən ciddi təhlükə...

AB-ni gözləyən ciddi təhlükə...

ABŞ Ukraynada münaqişəni uzatdıqca, AB artan enerji qiymətləri və yüksək inflyasiyaya görə daha çox narahat olacaq.

Axar.az xəbər verir ki, bu barədə Çinin “Qlobal Tayms” qəzeti məlumat yayıb.

“Tariflərin artırılması Avropada sənaye xammalının, o cümlədən metalların qıtlığına səbəb olacaq. Enerji qiymətlərində kəskin artım və avronun devalvasiyası ilə əlaqədar idxalın dəyərinin artmasından sonra mənfəətin azalması müşahidə olunacaq. Bu da müəssisələr üçün problem yaradacaq və bütün istehsal sənayesinə təsir edəcək”, - məlumatda deyilir.

Qeyd olunur ki, qloballaşmanın tərkib hissəsi kimi hasilatın üçüncü dünya ölkələrinə ötürülməsi, eləcə də yaşıl enerjiyə doğru kursa görə Avropa iqtisadiyyatı artıq zərər çəkib:

"Amma indiki enerji böhranı regionun sənayesi üçün real “ekzistensial təhlükə” yaradır".