Rusiya nüvə silahından istifadə etsə başına bunlar gələcək- Qərbin PLANI

Rusiya nüvə silahından istifadə etsə başına bunlar gələcək- Qərbin PLANI

Rusiya-Ukrayna savaşında birinci tərəf artıq əlindən gələni ardına qoymur. Hətta birinci şəxs səviyyəsində elan ediblər ki, onlar bu savaşda hər bir şeydən istifadə edə bilərlər.

Bu kimi bəyanatlardan sonra Qərb ölkələri Rusiyanın Ukraynada nüvə silahından istifadə edəcəyi təqdirdə planlar hazırlayır.Onlar nüvə silahından istifadəni pisləyir və bunun olduğu təqdirdə özlərinin eyni addım atmayacaqlarını, lakin Rusiyanı bir üsulla zərərsizləşdirəcəklərini deyirlər.

Musavat.com xəbər verir ki, bu barədə məlumat yayan "Financial Times" bildirib ki, Qərbin nüvə silahı ilə bağlı “qırmızı xət"ləri çoxdur.

"NATO ölkələri Rusiyanın nüvə silahından istifadə edəcəyi halda nələrin baş verəcəyi barədə rəsmi Moskvanı məlumatlandırıb",-deyə nəşrdə qeyd edilib.

Qeyd edək ki, ötən həftə Rusiya Təhlükəsizlik Şurası rəhbərinin müavini Dmitri Medvedyev də qeyd edib ki, Rusiyanın müdafiəsi üçün istənilən silahdan, o cümlədən strateji nüvə silahından istifadə edə bilərik.