Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirir

Yaponiya Rusiyaya qarşı sanksiyaları genişləndirir

Yaponiya hökuməti Ukraynadakı vəziyyətlə əlaqədar Rusiyaya qarşı yeni sanksiyalar paketini təsdiqləyib.

Marja xəbər verir ki, müdafiə sənayesi ilə bağlı 21 təşkilat siyahılara əlavə edilib, kimyəvi silah istehsalı ilə bağlı malların tədarükünə qadağa qoyulub.

Bu barədə bazar ertəsi Yaponiyanın İqtisadiyyat, Ticarət və Sənaye Nazirliyi məlumat yayıb.

Yeni məhdudiyyətlər oktyabrın 3-dən qüvvəyə minəcək.