“Bəlkə də İranda tezliklə kiminsə “quyruğu”nun qoparılmasının şahidi olduq...“

“Bəlkə də İranda tezliklə kiminsə “quyruğu”nun qoparılmasının şahidi olduq...“

Hazırda daxili iğtişaşlar və iqtisadi problemlər ilə bacara bilməyən İranın həqiqətən haqq-ədalətlə və islamla yaxından uzaqdan əlaqəsi olmayıb və indi də yoxdur. İran sözdə bir, əməldə isə tam fərqli mövqe nümayiş etdirən çox azsaylı ölkələrdəndir. İranın ətrafında cəmi 4-5 ölkədən bir dənəsi normal dövlət deyil.

Rəsmi Tehran işğal dövründə bəyan edirdi ki, guya Azərbaycanın ərazi bütövlüyünü tanıyır. Reallıqda isə Tehran isə həm müharibədən əvvəl, həm də müharibədən sonra Ermənistana hər cür dəstək verir. Tehran işğalçı İrəvana hərbi yardım və hərbi-texniki yardım edir, onunla birgə iqtisadi layihələr həyata keçirir. Başqa sözlə desək, İran Ermənistanın Azərbaycan ərazilərini işğal altında saxlamasına şəriklik edib. 44 günlük müharibə və ondan sonrakı dövrdə İran hərbi qüvvələrini hazırlıq vəziyyətinə gətirib Azərbaycanı təhdid etməyə çalışması və sərhədlərimizdə hərbi manevrlər keçirməsi videomateriallarla təsdiqlənmiş faktlardır.

İslamın mühafizəçisi və şiəliyin mərkəzi məkanı elan edən İran nədənsə 30 il ərzində ermənilərin məscidləri dağıtmasına, orada heyvan saxlanmasına qarşı bir kəlmə işlətmədi. İşğal altında olan Azərbaycan ərazilərinin dağıdılıb daşınmasında isə ermənilərdən geri qalmadı. Azərbaycan nə qədər İran ilə münasibətləri qorumağa çalışdığını, öz ərazisindən İrana qarşı istifadə olunmasına imkan vermədiyini rəsmi Tehran görməzdən gəlir. Lakin İran tərəfindən Azərbaycanın Qələbəsinə qısqanclıq formatında, həm də Ermənistanı növbəti təxribatlara cəsarətləndirən müxtəlif mənbələrdə yer alan bəyanatların ardı arası kəsilmir.

İran hazırda dünyada ən ləyaqətsiz dövlət siyasəti yürüdən ölkə imicini qazanıb. İslam İnqilabından cəmi 5 il sonra rəsmi İran dünyada “terroru və narkotrafiki dəstəkləyən ölkə” tituluna malikdir. Özünü dünyaya “İslam dinin daşıyıcılarından biri” kimi təqdim edən, lakin “zəhərli göbələklərin” hakimiyyətinə keçdiyi saatdan islam adına fasiləsiz olaraq ləkə gətirən İran bu günə qədər işğalçı Ermənistan ordusunu yanacaq-sürtgü materialları, dronlar, sursatlar və digər silahlar ilə təmin edir. PUA opertorları İranda kurslara cəlb olunur, iranlı zabitlər isə Ermənistan ordusunda təlimlər keçirlər. Bu təlimlərdə ehtimal olunan düşmən olaraq Azərbaycan Ordusu göstərilir. Bərəkallah olsun belə islam dinin “daşıyıcısına”....

Ermənistan Azərbaycanı ərazilərini işğal edib 30 il ərzində sərhədlərimizi dəyişəndə Tehran rəsmilərinə görə bu beynəlxalq hüquqa zidd deyildi, çünki İranda bir nəfər də olsun dövlət adamı bu barədə bir dəfə də olsun səsini çıxarmırdı. Amma Azərbaycanın Qarabağı, Zəngəzuru və tarixi ərazilərini erməni işğalından azad etməsi İran rəhbərliyinə ən yaxın olan rəsmilərin fasiləsiz hürməsi ilə nəticələnib.

İrana görə Azərbaycanın Qələbə qazanması, təslin olan işğalçını Zəngəzur dəhlizini açmağa məcbur etməsi beynəlxalq hüquqa ziddir.

Bəs işğalçı ölkənin hərbçilərindən Azərbaycan ərazilərində yerləşən 1 mərtəbəli evin 100, iki mərtəbəli evi 200 dollara alınması, sökülməsi və İrana daşınması beynəlxalq hüquqa zidd deyildimi?

Qarabağdan öğurlanan inşaat materailları ilə İran ərazisində tikilən evlər, məscidlərdə donuz saxlanılması İranın “daşıyıcısı olduğu” islam dininə görə haram deyildimi?

Ümumiyyətlə İranın sərhəddində eyni dindən olan Azərbaycan əvəzinə işğalçı ABŞ qucağında oturmağa hazırlaşan işğalçı Ermənistanı görmək niyyəti insanlığa zidd deyilmi?

Sualların sayını artırmaq da olar, amma ikiüzlü və ləyaqətsiz İran rəsmilərinə ən çətin sualı İran vətəndaşları, xüsusilə də 30 milyonluq Cənubi Azərbaycan türkləri verəcək. Bu sual isə bir çox əmmaməli “zəhərli göbələkləri” Çauşeskunun acı aqibəti ilə lap yaxından tanış edə bilər. Onda isə çox gec olacaq. Bizə isə hadisələri izləmək qalır. Bəlkə də kiminsə “quyruğundan” asılmasının, bəlkə də kiminsə “quyruğunu” qoparılmasının şahidi olduq. İstənilən halda İran xalqının əsarətdən qutuluş savaşının nəticələri, dünyanın ən böyük sərvətlərinə malik ölkələrdən birinin vətəndaşlarını dilənçi günündə saxlamağa çalışan Tehran rejimi üçün həm təsirli, həm də ədalətli olacaq.

Ədalət Verdiyev, hərbi ekspert,

Xüsusi olaraq Moderator.az üçün