Əmtəə bazarlarında qızıl və gümüş daha da ucuzlaşıb

Əmtəə bazarlarında qızıl və gümüş daha da ucuzlaşıb

Nyu-Yorkun COMEX əmtəə birjasında qızılın bir troya unsiyasının qiyməti 0,7% azalaraq, 1 644 ABŞ dollarına bərabər olub.

Bu barədə "APA-Economics" birja məlumatlarına istinadən xəbər verir.

Məlumata görə, COMEX-də gümüşün bir unsiyasının qiyməti də 2,22% azalaraq, 18,49 dollar təşkil edib.