“Putin dəli deyil, bilir ki, uzun müddət davam gətirə bilməyəcək” -

“Putin dəli deyil, bilir ki, uzun müddət davam gətirə bilməyəcək” -

Rusiya Federasiyasının (RF) Prezidenti Vladimir Putinin və rusiyalı təbliğatçıların nüvə silahına yönəlik təhdidləri istinasız olaraq, dünyanı qorxutmağa istiqamətlənib, ancaq RF başçısı özü ağılsız deyil.

Bu barədə ABŞ-ın Təhlükəsizlik Şurasının Avropa və Avrasiya işləri üzrə direktoru (2001-2006) Metyu Brayza «Esprecco» telekanalının efirindən deyib («UNİAN»).

«Nüvə silahı - bu, Rusiyanın hərbi dokrinasının bir hissəsidir, ondan ibarətdir ki, münaqişənin eskalasiyası zamanı deeskalasiya məqsədilə, başqa sözlə, düşməni qorxutmaq və onu təslim olmağa məcbur etsin. Bax, Putin indi bunu edir. Yox, o, dəli deyil. O, yaxşı bilir ki, nüvə silahının tətbiqi halında risk var ki, onun hər şeyi tam qurtarır, şəxsi həyatı da daxil olmaqla» - Brayza qeyd edib.

Diplomatın sözlərinə görə, Putini heç nə öz şəxsi rifahı qədər qayğılandırmır.

"Onun hazırkı narrativləri istisnasız olaraq, qorxutmağa istiqamətlənib. Mən, optimist əhvala köklənməmişəm, çünki bu dəhşətli müharibədir ki, onu mümkün qədər tez qurtarmaq lazımdır. Bəli, Putin davam etmək istəyir, ancaq ona uzun müddət davam gətirmək mümkün olmayacaq. 200-dən artıq döyüşçünün azad edilməsi çox nümayişkənarədir - onların çoxu azovçulardır. Onlar əsgərlərdir ki, həyatda başlarına hər iş gəlib, bütün ağrıları yaşayıblar və indi onlar azadlıqdadırlar» - Brayza izah edir.